Azərbaycanda bu şəxslər 10 il sosial sığorta haqqı ödəməyəcəklər

Azərbaycanda bu şəxslər 10 il sosial sığorta haqqı ödəməyəcəklər
SOSİAL
14:06 01.01.2023
808
Bu ildən məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərin əhatə dairəsi genişləndirilib.

AZXEBER.COM xəbər verir ki, bu, "Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcək.
OXŞAR XƏBƏRLƏR