Azərbaycanda bu şəxslər hər ay vəzifə maaşına əlavə alacaqlar - Bu gündən

Azərbaycanda bu şəxslər hər ay vəzifə maaşına əlavə alacaqlar - Bu gündən
SOSİAL
11:16 01.01.2023
470
Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddəsi aşağıdakı redaksiyada verilib:

Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Prezidentin imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR