Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN

Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN
İQTİSADİYYAT
14:32 17.02.2025
2466
Milli Məclisin fevralın 14-də keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi nəzərdə tutulur.

Qanuna dəyişikiliyi şərh edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iqtisadiyyat.az-a bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" AR Qanununun 5-ci maddəsinin   6-cı abzasına əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar:

"Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda bu kateqoriyalardan olan şəxslərə verilən birdəfəlik pul vəsaiti onun təsis olunduğu tarixdən indiyədək həmin şəxslərin təhsil müəssisəsini bitirdiyi ildən əvvəlki il üzrə ölkə üzrə orta əmək haqqının iki misli məbləğində təyin edilərək ödənilir və dövlət büdcəsindən bu məqsəd üçün məhz həmin məbləğ əsas götürülərək vəsait ayrılır.

Belə ki, bir neçə il əvvəl təhsil müəssisəsini bitirən bu kateqoriyadan olan şəxslər birdəfəlik pul vəsaitinin alınması üçün müraciət etdikdə, onlara həmin dövr üçün müəyyən edilmiş respublika üzrə orta əmək haqqının iki misli məbləğində ödəniş həyata keçirilir. Həmin ödənişin məbləği təhsil müəssisəsini daha sonra bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitindən az olur. Həm təhsil müəssisəsini müxtəlif dövrlərdə bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitinin məbləğlərinin fərqli olduğundan, həm Qanunda orta əmək haqqının hansı dövr üçün hesablanması qeyri-müəyyən olduğundan, bu hallar vətəndaşların narazılığına səbəb olur".

O əlavə edib ki, bundan əlavə, dövlət tərəfindən ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə onlara ödənilən aylıq və ya birdəfəlik müavinətlərin məbləği əsasən Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktları ilə konkret məbləğdə müəyyən edilir:

"Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiqi, qanunvericilikdə qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı hazırlanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsində bu kateqoriyadan şəxslərə verilməli olan birdəfəlik pul vəsaitinin məbləğinin 2600 manat müəyyən edilməsi təklif edilib".

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik Milli Məclisin iclasında müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir