Azərbaycanda bu şəxslərə avtomobil idarə etməyə icazə verilmir - VİDEO

Azərbaycanda bu şəxslərə avtomobil idarə etməyə icazə verilmir - VİDEO
SOSİAL
14:30 02.12.2022
243
Ölkəmizə 3 aylıq gələn Gürcüstan vətəndaşları avtomobillərini idarə edə bilmirlər. Polis onlara xəbərdarlıq edib ki, maşın sürməyə icazəniz yoxdur. Ya sürücülük vəsiqəsini Azərbaycana aid vəsiqə ilə əvəz etməlisiniz, ya da avtomobil sürməyin. Bu qaydanı pozsanız, cəzalanacaqsınız.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər” araşdırma edib.

Gürcüstan vətəndaşı: "Gürcüstan vətəndaşıyam, qardaş, pravam da Gürcüstan pravasıdır. Keçən dəfə polis saxlayıb dedi ki, siz sənətsiz sayılırsınız. Bu sənəd keçmir. Bir ay keçərlidir. Dedim, neyləməliyəm? Dedi, qeydiyyata düşməlisən, bura pravası almalısan. 3 aydan bir keçib-qayıdırdıq. İndi yol bağlı olduğuna görə keçə bilmirik. Daimi oturuşda deyilik. Maşınımı saxlamışam, sürə bilmirəm. Deyillər ki, saxlasaq, aparacağıq cərimə meydançasına”.

Gürcüstan vətəndaşı: "Patrul xidməti saxlayıb deyir ki, siz Azərbaycanda bir ay sürə bilərsiniz. 3 aylıq gəlmişəm, mənim oturum iznim yoxdur. Mən müvəqqəti qeydiyyatla yaşayıram. Getmişəm ki, mənə verin, məni yol patrul xidməti incidir. Mən müvəqqəti - bir illik verirlər sürücülük vəsiqəsini, deyirlər, biz sizə verə bilmərik, gedin oturum izni alın”.

Qanun bunu necə tənzimləyir? Baş dövlət yol polis idarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, xarici vətəndaş ölkəmizdə müvəqqəti və ya daimi qeydiyyata düşdükdən bir ay sonra mütləq şəkildə sürücülük vəsiqəsini Azərbaycan sürücülük vəsiqəsi ilə əvəz etməlidir.

Elvin Hacıyev – BDYPİ-nin inspektoru: "Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respubilkasında müvəqqəti və daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vastələrini idarə etmək üçün sütrücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Ola bilsin ki, həmin şəxs 3 aylıq müddətə ölkədə qalmaq üçün icazə alıb. Bir ay bitdikdən sonra sürücülük vəsiqəsi dəyişdirilməlidir”.

Əgər ölkəmizə gələn əcnəbilər müvəqqəti və ya daimi qeydiyyata düşməyiblərsə, o zaman sürücülük vəsiqəsini dəyişməyə ehtiyac yoxdur. Qanun tam aydındır. Azərbaycanda yaşayan əcnəbi gəldiyi ölkədən asılı olmayaraq Azərbaycan qanunları ilə yaşamalıdır. Sözügedən qayda pozuntusuna görə isə sürücü 100 manat məbləğində cərimələnir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu