BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR

Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR
SOSİAL
19:53 25.03.2020
8813
QƏRAR" />

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;

 

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.

Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 02.04.2020

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"

18:09 02.04.2020

Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

18:08 02.04.2020

Britaniyada koronavirusdan ölənlərin sayı 2921 nəfərə çatdı

17:15 02.04.2020

Sosial yardım alan aztəminatlı ailələrin nəzərinə!

17:11 02.04.2020

Spiker parlamentdə islahatlara başladı - SƏRƏNCAM

16:45 02.04.2020

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

16:31 02.04.2020

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

16:27 02.04.2020

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı - FOTOLAR

16:15 02.04.2020

“RAHAT”dan sosial videoçarx: “Biz birlikdə güclüyük!” - VİDEO

16:07 02.04.2020

Naftalan şəhər sakinlərindən #evdəqal aksiyasına sosial - Videoçarx

15:40 02.04.2020

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”

15:18 02.04.2020

"Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil"