Azərbaycanda bu tarixdə GÜCLÜ istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Azərbaycanda bu tarixdə GÜCLÜ istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...
SOSİAL
22:52 03.06.2024
409
Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var.

Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.

Azərbaycanda da son günlər havanın temperaturu isti keçir. Bakıda və Abşeron yarımadasında temperatur 35 dərəcədən düşmədiyi halda bir sıra aran rayonlarında daha isti hava dalğası müşahidə olunur.

Bəs bu il Azərbaycanda hava şəraiti ötən ilə nisbətən daha isti keçə bilərmi?

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov News24.az-a bildirib ki, anormal istilər müşahidə olunmasa da, ölkənin əksər bölgələrində temperatur maksimuma qalxa bilər:

"Ümumiyyətlə, Qafqaz regionundakı ölkələrin temperaturu yay aylarında bir qədər yüksək olur. Konkret Azərbaycanda hansısa ildə temperaturun yüksək və ya aşağı olacağını orta müddətli prespektivə görə demək mümkün deyil. Yaxın müddətli prespektivdə iyun ayı üçün proqnoz vermək olar. İndi nəzərə almalıyıq ki, may ayında yağışlar çox oldu, hava şəraiti qeyri-sabit keçdi. Buna görə də düşünmək olar ki, iyun ayı daha isti olacaq. İyul-avqust ayları isə iyuna nisbətən daha stabil keçə bilər”.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə son illər qlobal iqlim dəyişikliyi prosesi özünü doğrultmağa başlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yay aylarında ən güclü istilərin müşahidə olunduğu bir neçə bölgələr var: "Böyük və kiçik Qafqaz, Kür-Araz ovalığı, aran zonaları, Gəncə-Qazax, Qarabağ ərazisi və şimal sərhədlərdə hava isti ola bilər. Yay mövsümündə Kür-Araz ovallığında necə isti başlayırsa, sentyabra qədər də elə davam edir. İstənilən halda Azərbaycanda yay mövsümü isti keçir. Çox ciddi istilər ola bilər, amma bu nadir illərdə hiss olunur. Güclü istilər daha çox Naxçıvan ərazisində qeydə alınır. İstilər Kür araz ovalığında və aran zonasında çatsa, maksimum 43-44 dərəcəyə qədər çatar”.

Amin Məmmədov əlavə edib ki, temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. Yəni önümüzdəki aylarda temperatur 44-45 dərəcəyə çatarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi