14.38
Yerli mətbuatda Naxçıvan Universitetinin fəaliyyəti dayandırması ilə bağlı xəbərlər dərc olunub.
AZXEBER.COM xəbər verir ki, sözügedən universitetin rektoru Anar Kazımov bu barədə açıqlama yayaraq məlumatın səhv olduğunu bildirib:
"Bu gün mətbu orqanların birində universitetimizə verilnə lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki, xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır! Universitetimiz əvvəlki qaydada fəaliyyətin davam etdirir! Eyni zamanda xəbərdə güya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? "Naxçıvan" Universitetinin Məhərrəm Talıbova nə aidiyyatı olub?".
13.09
Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
AZXEBER.COM qaynarinfo-ya istinadən xəbər verir ki, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.
Məsələ ilə bağlı açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə söhbətlərin gəzməsindən onların da xəbəri var"Universitetlə bağlanması ilə bağlı söz-söhbətlər var. Hələlik bu barədə bizə rəsmi heç bir məlumat verilməyib".
Universitetin ilk rektoru İsmayıl Əliyev isə məsələ ilə bağlı açıqlama verməkdən yayınıb:
"Yol gedirəm, göydən yağış yağır".
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib.
Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.









































