Azərbaycanda büdcə xərclərini düzgün yerinə yetirməyən müəssisələrin hesabları bağlanacaq

Azərbaycanda büdcə xərclərini düzgün yerinə yetirməyən müəssisələrin hesabları bağlanacaq
12:40 05.04.2013
1111

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən büdcə xərclərini düzgün yerinə yetirməyənlərin hesabları bağlanacaq.

APA-nın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov bu gün Milli Məclisdə illik hesabatla bağlı çıxışı zamanı bildirib. 

O qeyd edib ki, həmin müəssisələrin hesablarının bağlanması üçün qanunvericilik palataya kifayət qədər səlahiyyətlər də verir: “İllik yoxlamalar zamanı məlum olub ki, əmək haqqı və sosial müdafiə xərcləri ilə bağlı çatışmazlıqlar artıb. Qadınların mühasib olduğu müəssisələrdə belə çatışmazlıqların daha çox olması müşahidə olunur”.

OXŞAR XƏBƏRLƏR