Azərbaycanda canavar kəndə girdi, sakinlər onu boğaraq öldürdü

Azərbaycanda canavar kəndə girdi, sakinlər onu boğaraq öldürdü
SOSİAL
21:54 23.02.2023
225
Bu gün axşam saatlarında Qax rayonunun Ləkit kəndində canavar kənd sakinləri, 74 yaşlı Qəhrəman Rəhimov və 60 yaşlı Hacı Hacıyevə hücum edərək onlara xəsarət yetirib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, canavarın hücumu zamanı xəsarət alan Hacı Hacıyev canavarı boğaraq öldürə bilib.

Xəsarət alan hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR