O, bu sahədə yeganə mütəxəssis hesab olunurdu.
Azərbaycanda məhşur cərrah, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə ölüb.
AZXEBER.COM-un verdiyi məlumata görə o, ölkəmizdə yeganə cinsiyyət dəyişmə əməliyyatları aparan həkim idi. Xatırladaq ki, həkimin pasientləri arasında türk vətəndaşları çoxluq təşkil edirdi. Buna səbəb Türkiyədə həmin əməliyyatların 15-20 min manata olduğu halda, Azərbaycanda 5000 manata başa gəlməsi olub.