Azərbaycanda COVID-19-a qarşı üçüncü doza vaksin vurulacaq

SOSİAL
14:48 02.07.2021
1368
Son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası bir sıra qərarlar qəbul edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qərara əsasən, xəstəliyi keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq. Eyni zamanda, peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeyd edək ki, Azərbaycanın səhiyyə qurumları qabaqcıl ölkələrin vaksinasiya sahəsindəki təcrübələrini diqqətdə saxlayır və COVID-19 xəstəliyi ilə bağlı elmi yeniliklərin müsbət təcrübələri "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əlavə ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:29 24.09.2021

İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

10:26 24.09.2021

Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

10:16 24.09.2021

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

10:07 24.09.2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına başlanılıb

10:06 24.09.2021

Bakıda tıxac olan yolların SİYAHISI

09:55 24.09.2021

Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir

09:36 24.09.2021

Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"