xari

Azərbaycanda COVID-19 vaksinin 2-ci dozasının vurulmasına başlanıldı

SAĞLAMLIQ
12:50 15.02.2021
150
"Bu gün Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir. Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar".

Bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

Onun sözlərinə görə, əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub: "Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və burdakı nümayəndələrinə vaksinasiya həyata keçirlib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb".

O bildirib ki, bu gün pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır: "Azərbaycan da vaksinasiyanı həyata keçirən ölkələr arasında ön sıralardadır. İcraçı direktorun sözlərinə görə, bu gündən xəstəxananın bəzi əməkdaşlarına vaksinin ikinci dozasının vurulmasına başlanılıb. Yanvarın 18-də xəstəxanada ilk dozanı vurduran rəsmi şəxslər bu gün ikinci dozanı vurduracaqlar. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da vaksin vurdurdu. Bu, onu göstərir ki, bütün tibb işçiləri də, dünya təşkilatları da bu vaksinasiyanın tərəfdarıdırlar. Vaksinasiya tədbirləri Azərbaycanda kifayət qədər geniş vüsət alıb".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:18 25.02.2021

Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub

19:37 25.02.2021

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

19:25 25.02.2021

Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI

18:53 25.02.2021

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etdi

18:41 25.02.2021

"Sumqayıt"ın baş məşqçisi: "Arxayınlıq bizə baha başa gələ bilər"

18:10 25.02.2021

Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər

17:52 25.02.2021

Müxalifət Paşinyanın konsultasiya çağırışlarına cavab verdi: Sən xainsən

17:40 25.02.2021

Paşinyan aksiyaları dayandırmağa çağırıb: "Müxalifətlə danışıqlar masasına otururuq"

17:39 25.02.2021

Əksər rayonlarda yağıntılar kəsib - FAKTİKİ HAVA

17:13 25.02.2021

Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib

17:12 25.02.2021

Paşinyan prezident Sarkisyana: "Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan"

17:10 25.02.2021

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü

17:08 25.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

17:05 25.02.2021

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

16:59 25.02.2021

Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”

16:58 25.02.2021

Ermənistan prezidenti xalqa müraciət edib, amma Paşinyana dəstək verməyib