Azərbaycanda daha 3 vəkilin fəaliyyəti dayandırıldı - Birinə töhmət verildi

Azərbaycanda daha 3 vəkilin fəaliyyəti dayandırıldı - Birinə töhmət verildi
SOSİAL
21:50 21.01.2019
6941
Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib.

VK-dan AZXEBER.COM-a verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.
 
Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR