Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu - RƏSMİ
SOSİAL
17:09 15.04.2020
2049
"Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.

AZXEBER.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, 53 sağalma var:

"Fevralın 28-dən Azərbaycanda ilk koronavirus  qeydə alınan vaxtdan aprelin 12-dək bir dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuz qeyd edə bilərik”.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət dəyişir:

"Aprelin 12-dən sonra pozitiv dinamika var. Hazırda aktiv koronavirus xəstələrinin sayı 822-847 arasında dəyişir”.

OXŞAR XƏBƏRLƏR