Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - 28 nəfər sağaldı

Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - 28 nəfər sağaldı
SOSİAL
17:16 05.05.2020
2783
Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1508 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılmışdır.

OXŞAR XƏBƏRLƏR