Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxdu, 308 nəfər sağaldı

Azərbaycanda daha  87 nəfər koronavirusa yoluxdu, 308 nəfər sağaldı
SOSİAL
14:00 09.08.2020
2006

Azərbaycanda 87 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Bu günə qədər ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2 714-dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 618, ötən müddət ərzində isə ümumilikdə 785 126 test aparılıb.


 

OXŞAR XƏBƏRLƏR