Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları

SOSİAL
14:13 22.02.2019
6537
Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. 

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR