Azərbaycanda daha bir avtobus qəzası - Çox sayda yaralı var

Azərbaycanda daha bir avtobus qəzası - Çox sayda yaralı var
SOSİAL
10:35 13.11.2018
4545
Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR