Azərbaycanda daha bir doğuş faciəsi - Ana və körpə öldü

Azərbaycanda daha bir doğuş faciəsi - Ana və körpə öldü
SOSİAL
10:48 04.08.2018
11967
Lənkəranda doğuş zamanı ana və körpə ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu, E.Sadıqovanın üçüncü hamiləliyidir. Onun hazırda iki övladı var. Yaxınlarının bildirdiyinə görə, qadın hamiləlik zamanı mütəmadi olaraq həkim nəzarətində olub, heç bir problem qeydə alınmayıb. E.Sadıqova avqustun 2-də xəstəxanaya müraciət edib. Lakin doğuş gecikdiyində görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR