Azərbaycan seçki tarixində bir ilk yaşanıb.
AZXEBER.COM xəbər verir ki, 63 saylı Sabirabad birinci seçki dairəsi deputat seçilən Cəfərov Kamal Xəqani oğlunun rəqibləri onu təbrik ediblər.
Belə ki, eyni dairədən yarışan namizədlər bu gün görüşüblər və məğlub olan namizədlər qalibi təbrik edib, ona uğurlar arzulayıblar.
Kamal Cəfərov da öz növbəsində hər kəsə təşəkkür edib: Əzizi Sabirabadlılar,
Hər birinizə mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Mən çalışacam ki, Sizlərin etimadına layiq olum, söz verirəm ki, fəal deputat olacam, hər həftənin bir günündə rayonda olacam. Bizim camaatı narahat edən bütün məsələləri Parlamentdə səsləndirəcəm və aidiyyəti qurumlar qarşısında qaldırıb, həllinə nail olacıq.
Bu qələbə eyni zamanda Yeni Azərbaycan Partiyasının qələbəsidir. Partiyamıza və onun namizədlərinə, Cənab Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq.
Bu gün qərargahda yüzlərlə vətəndaş təbrikə gəlmişdi. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Sabirabadda yeni siyasi mədəniyyətin əsası qoyuldu. Sabirabad nümunə oldu!
Seçki prosesində rəqibim olan tanınmış iqtisadi ekspert Razi Abasov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) namizədi Fatimə xanım, Sabirabad rayon Mərkəzi Xəstəxanasının mühasibi Mehran Qəfərov, bitərəf namizəd Vüqar Hüseynov məni təbrik elədi.
Daha güclü Sabirabad naminə!