Bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
AZXEBER.COM-un Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,127 abonent təbii qazla təmin olunub.
Tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11629 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 127 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.