Azərbaycanda daha bir müğənninin prodüseri həbs edildi - FOTOLAR

Azərbaycanda daha bir müğənninin prodüseri həbs edildi - FOTOLAR
ŞOU-BİZNES
12:40 07.02.2015
3183
O, istintaqa cəlb edilib.
Müğənni Sevinc Ağaşirinovanın porodüseri polis tərəfindən saxlanılıb.
Tanınmış müğənni Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli bir neçə gün əvvəl həbs olunub.
AZXEBER.COM-un lent.az-a istinadla məlumatına görə, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib
Məsələ ilə bağlı müğənni S.Ağaşirinova ilə əlaqə saxlamağa çalışsaq da, ifaçı telefon zənglərinə cavab verməyib.
Qeyd edək ki, bir müddət öncə şou-biznesdə daha bir azərbaycanlı prodüser Vəfa Vaqifqızı Məmmədova insan alverində şübhəli bilinərək istintaqa cəlb edilib. Daha çox əməkdar artist Nüşabə Ələsgərlinin yanında çalışan V.Məmmədova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətiimkan tədbiri seçib. O, Bakı İstintaq Təcridxanasına göndərilib. E.Əliyə gəlincə, o, prodüserliklə yanaşı teleradio sahəsində də çalışıb. Gənc prodüser ATV telekanalında və 160.3 FM radiosunda da çalışıb.
OXŞAR XƏBƏRLƏR