AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də Nəsimi rayonunda yaşayan Zal Qəmbərov evində dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa İmişli rayon sakini Gülnar Əmirova, Sumqayıt şəhər sakini Elmin Abbasov, Qusar şəhər sakini Validə Xasıyeva və onun 5 yaşlı oğlu Rauf sirkə turşusu və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.