Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 29 yeni yoluxma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 29 yeni yoluxma
SOSİAL
15:11 26.03.2020
11999
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılmışdır.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlamışdır.  

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
00:18 05.11.2026
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
00:16 05.11.2026
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər