Azərbaycanda universitet tələbəsi qızılcadan öldü

Azərbaycanda universitet tələbəsi qızılcadan öldü
SOSİAL
17:22 04.01.2024
407
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
OXŞAR XƏBƏRLƏR