Azərbaycanda daha bir partiya İlham Əliyevin namizədliyini dəstəklədi

Azərbaycanda daha bir partiya İlham Əliyevin namizədliyini dəstəklədi
23:00 17.03.2013
1447

"Biz Cənab Prezidentə inanırıq"

Seçimimiz və tək namizədimiz İlham Əliyevdir. Eyni zamanda düşünürük ki, növbəti 5 ildə İlham Əliyevin rəhbərlik edəcəyi Azərbaycan daha böyük uğurlara və qələbələrə imza atacaq -

Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən MusayevADMP siyasi şurasının bu gün keçirilən növbədən kənar iclasında söyləyib.

ADMP mətbuat xidmətinin yaydığı açıqlamada daha sonra partiya sədrinin bu fikirləri yer alır: “İlham Əliyevin alternativinin olmadığı dəqiqdir və bu haqqda heç bir mülahizə, fikir belə yürütməyə dəyməz. Ölkə başçısının bu günə qədər sərgilədiyi düzgün, qətiyyətli, səmərəli fəaliyyət bundan sonra da davam etməlidir. Çünki, Azərbaycan xalqın böyük bir qismi belə düşünür. Mütləq əksəriyyət İlham Əliyevin növbəti seçkidə namizədliyini irəli sürməsini səbrsizliklə gözləyir.

OXŞAR XƏBƏRLƏR