Azərbaycanda daha bir süpürgəçini maşın vurdu

Azərbaycanda daha bir süpürgəçini maşın vurdu
SOSİAL
00:27 10.11.2018
7310
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib.

Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.
OXŞAR XƏBƏRLƏR