Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir
Siyasət
17:06 19.12.2023
307
Ölkəmizdə davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Daha bir tədbir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il ölkəmizdə keçiriləcək. Bütün bunlar aparılan siyasətin nəticəsidir ki, dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. 

Prezident cənab İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında vurğuladı ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev  ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji” zonası elan edib. Dövlət başçımız COP29 beynəlxalq konfransını Azərbaycanın yüksək səviyyədə keçirəcəyinə şübhə etmədiyini vurğulayıb: "COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi dünyanın 19-dan çox ölkəsinin  hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. 

Yerigəlmikən, Ermənistanın COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi dövlətimiz tərəfindən xoş niyyətin təzahürü olaraq qiymətləndirilir. Bunu iki ölkə arasında sülh prosesində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Yəni heç bir kənar dövlət olmadan problemlər birbaş dialoq yolu ilə həll edilir. Bu onu göstərir ki, sülhü regiondan kənarda axtarmaq lazım deyil. Prezidentimizin də qeyd etdiyi kimi: "Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir”.

Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl Sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbirin keçirilməsinə hazırlıq işləri gedir. Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.

Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Təqribən 100 minə yaxın xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. 
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezidetin də vurğuladığı kimi: "Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.

Bir sözlə, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur.

Rafik Məmmədov, Əməkdar müəllim

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR