Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
AZXEBER.COM azvision.az-a istinadən bildirir ki, Gəncənin "Beş yol" adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib.
Hadisə bir neçə saat bundan öncə baş verib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.
Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.
İlkin mәlumata görә, hәmin evdә vәhhabilәr kirayәdә yaşayıblar.