Azərbaycanda dəhşət: 20 nəfəri ilan sancdı, 7-nin vəziyyəti ağırdır

Azərbaycanda dəhşət: 20 nəfəri ilan sancdı, 7-nin vəziyyəti ağırdır
SOSİAL
10:40 31.05.2022
605
Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 7-nin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib.

Müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, Mərkəz bütün hallarda əhalini diqqətli olmağa çağırıb.

Qeyd olunub ki, hazırda ilan sancmalarının daha çox müşahidə olunduğu dövrün başlanğıcıdır:

"Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq və meşəlik ərazilərə üz tutması belə halların artmasına səbəb olur. Bu səbəbdən də belə ünvanlarda mütləq ərazini diqqətlə gözdən keçirmək məsləhət olunur”.

Ötən aylarla müqayisədə ilan sancmalarının artdığını bildirən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, ilan sancması zamanı insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər:

"İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələri sürtmək qətiyyən olmaz. Əlavə müdaxilələr edildikdə həmin hissə yaraya çevrilə bilər ki, onun da sağalması uzun müddət tələb edir. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalıdır və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Xəstəxanada isə həkim nəzarəti ilə müəyyən prosedurlar həyata keçirilməlidir”.

A.Maqsudov ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlər barədə də məlumat verib:

"İlan dişlədikdən sonra ilk olaraq ağrı hiss edilir, daha sonra qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı ətraflara doğru artmağa başlayır. Təcrübədə müşahidə edilir ki, ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır. Yaranan şiş isə bədənin bütün funksiyalarını poza və xoşagəlməz halların yaşanmasına gətirib çıxara bilər. Bu səbəbdən də ilan sancması zamanı ilkin yardımı düzgün etməli, sonra isə təcili olaraq xəstəni xəstəxanaya aparmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”