Azərbaycanda dəhşət: Ana və iki cavan oğlu öldü

Azərbaycanda dəhşət: Ana və iki cavan oğlu öldü
SOSİAL
10:31 30.06.2017
9268
İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.
 
Lent.az xəbər verir ki, "VAZ” markalı minik avtomobilinin "Shacman” markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.
 
Qeyd edək ki, Mahir Bayramovun qardaşı - avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.
 
Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.
OXŞAR XƏBƏRLƏR