Azərbaycanda dəhşət: Maşın velosipedçini əzdi - VİDEO

Azərbaycanda dəhşət: Maşın velosipedçini əzdi - VİDEO
19:50 22.06.2012
2622

Bu gecə Bakı–Quba-Rusiya sərhədi sərhəd yolunun 119-cu kilometrliyində, Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakıdan Qubaya gedən rayonun Vəlvələkənd sakini 58 yaşlı Eldarov Qeybulla Eldar oğlu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə eyni istiqamətdə hərəkət edən velosipedçini vurub. Hadisə nəticəsində velosipedin sürücüsü, Xaçmaz rayonu Çılqır kənd sakini 30 yaşlı Abbasov Anar Ağamirzə oğlu ağır xəsarət alıb. Xaçmaz rayon xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Baş Dövlət Yol Polisi idarəsinin müstəntiqi Elşən Mürsəliyev faktla bağlı araşdırma başladıldığını, qəzanın dəqiq səbəblərinin təyin ounmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacağını deyib.
OXŞAR XƏBƏRLƏR