Məişət zorakılığı əleyhinə mübarizəyə həsr olunan konfrans keçirildi

Məişət zorakılığı əleyhinə mübarizəyə həsr olunan konfrans keçirildi
SOSİAL
13:08 20.12.2023
2060
"Bu yaxınlarda sığınacağımıza cinsi zorakılığa məruz qalmış iki bacı yerləşdirilib. Onlarla söhbət edəndə məlum oldu ki, cinsi zorakılığa öz ailələrində məruz qalıblar".

Bunu "Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması" layihəsinin hesabat konfransında  "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edib.

Onun sözlərinə görə sözügedən ailə 6 üzvdən ibarətdir və bir otaqda yaşayırlar:

"Bacıların dediyinə görə üç bacı və bir qardaşdırlar. Analarını hər səhər fiziki zorakılığa məruz qalmış halda görürdülər. Gözlərinin altı gömgöy olurdu. Dəfələrlə döyülməsinə bacılar müdaxilə etsələr də, qardaşın səsi çıxmırdı".
 
///Bizim.Media
OXŞAR XƏBƏRLƏR