Azərbaycanda dəhşət! - sürücü avtomobilin içərisində yanaraq öldü

Azərbaycanda dəhşət! - sürücü avtomobilin içərisində yanaraq öldü
SOSİAL
14:19 19.08.2023
184
Bu gün saat 12 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisində hərəkətdə olan "Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR