Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Albalan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 30 yaşlı Qamət Hüseynov özünü yaşadığı evin həyətindəki tut ağacından asaraq intihar edib.
Məlumata görə o, təxminən bir il öncədə ov tüfəngi ilə özünü güllələmişdi.
Faktla bağlı araşdırma aparılır.