Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.
AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib.
Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.