Qardaşı ilə oynayan qızın boynu sınaraq öldü

Qardaşı ilə oynayan qızın boynu sınaraq öldü
SOSİAL
15:24 11.08.2023
504
Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR