Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var

Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var
SOSİAL
11:51 06.06.2024
387
Cəlilabadda dəhşətli yol qəzası baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR