Azərbaycanda dəhşətli hadisə: Evə qayıdarkən öldülər - TƏFƏRRÜAT

SOSİAL
10:33 06.12.2021
356
Ötən gecə Sabirabad rayonunda baş vermiş dəhşətli yol qəzasının təfərüatları məlum olub.

Rayon ərazisində "Qaz” markalı yük maşınının Sabir kanalına aşması nəticəsində vəfat edən şəxslərin ikisi də Nərimankənd kəndinin sakinləridir.

Belə ki, hadisə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlu gecə saatlarında kəndə qayıdarkən baş verib. F.Bayramov maşını kəndin girişi istiqamətində döndərərkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və ön kabina hissəsi su kanalına düşüb. Bu zaman hər iki şəxs maşından çıxmağa cəhd göstərdiyi vaxt avtomobil yanı üstə suya yuvarlanıb. Nəticədə kabina tamamilə su ilə dolub və onların ikisi də boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.
 
///Publika.az

OXŞAR XƏBƏRLƏR