Azərbaycanda dəhşətli hadisə: Kişini ağzından güllələdilər - TƏFƏRRÜAT

SOSİAL
21:25 12.12.2019
3972
Tərtərdəki silahlı insidentdə şübhəli bilinərək, saxlanılan şəxslərdən odlu silahdan əlavə, psixotrop dərmanlar da götürülüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 9-da Tərtər şəhəri Səməd Vurğun küçəsində odlu silahdan açılan atəş nəticəsində 32 yaşlı Behbudov Mansur Oqtay oğlu yaralanıb.

Cinayətkar yaxın məsafədən zərərçəkmişin ağzına atəş açıb. Güllə xəsarəti alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə köçürülüb. M. Behbudovun vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Faktla bağlı dekabrın 10-u gecə saatlarında, paytaxtda gizlənməyə çalışan iki nəfər şübhəli şəxs saxlanılıb. Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Lakin saytın araşdırması nəticəsində məlum olub ki, hadisəyə görə üç nəfər saxlanılıb. Onlardan ikisi Tərtər, biri isə Bakı şəhər sakinidir.

Təqsirləndirilənlər - qarət və soyğunçuluqda ittiham olunaraq cəza çəkmiş 1996-cı il təvəllüdlü Ağazadə Sənan Zahid oğlu, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərə daxil olaraq hədə-qorxu yolu ilə soyğunçuluq həyata keçirmiş 1988-ci il təvəllüdlü Hüseynov Sərvər Fərman oğlu və Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Heydərzadə Mikayıl İlham oğludur.

Sonuncu saxlanılan zaman şübhəli şəxslərin əyləşdiyi "Priora" markalı avtomobili idarə edib.

Avtomobil polislər tərəfindən Binəqədi rayonu Azadlıq prospektində saxlanılıb. Əməliyyatçılar avtomobildə apardıqları axtarış nəticəsində lüləsi kəsilmiş ov tüfəngi, 29 ədəd metandienon psixiatrop dərman həbləri və 11 ədəd deksametazon həbi aşkar ediblər.

İlkin istintaq araşdırmalarından sonra məlum olub ki, kişilər arasında insident şəxsi münasibətlərə aydınlıq gətirilərkən baş verib. Lakin lüləsi kəsilmiş ov tüfənginin hansı məqsədlə əldə olunması faktı istintaq tərəfindən araşdırılmalıdır. Əvvəllər soyğunçuluqda ittiham olunan şəxslərin bu dəfə silahlı basqın planlaşdırdıqları istisna olunmur.

Cinayət faktı ilə əlaqədar istintaq davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:08 29.09.2020

İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”

20:48 29.09.2020

İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

20:39 29.09.2020

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

20:38 29.09.2020

Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - Sensasion ARAŞDIRMA

20:13 29.09.2020

ABŞ-ın ATƏT-dəki səfiri: "Tərəflər danışıqlar masasına gəlməlidir"

20:08 29.09.2020

İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu

20:04 29.09.2020

"Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

19:21 29.09.2020

Ermənistan mətbuatının növbəti yalanı ifşa olundu - FOTO

19:10 29.09.2020

Hikmət Hacıyev: “Bu barədə xəbərlər cəfəngiyyatdır”

19:06 29.09.2020

Mədət Quliyevin qayını da döyüşə getdi — FOTO

19:05 29.09.2020

Prezident qaçqın və məcburi köçkünlərdən danışdı

19:02 29.09.2020

İsrailin sabiq müdafiə naziri: "Dağlıq Qarabağ həmişə Azərbaycanın olub və olacaq"

18:51 29.09.2020

Eldar Mirzəliyev: Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik

18:48 29.09.2020

"Türk Hava Yolları Azərbaycana uçuşları təxirə salmayıb" - AÇIQLAMA

18:38 29.09.2020

Türkiyə də Ermənistan təyyarəsinin vurulması xəbərini təkzib etdi

18:36 29.09.2020

“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

X Mostbet