Azərbaycanda dəhşətli intihar - Qazı açıq qoyub yatdı

SOSİAL
13:50 04.04.2022
495
Şamaxı rayonunda intihar baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Göylər kəndində yaşayan 1977-ci il təvəllüdlü Vəfadar Məmmədov özünü qazla zəhərləyərək intihar edib. Belə ki, mənzildə tək olan 45 yaşlı V.Məmmədov məişət qazını açıq qoyaraq yuxuya gedib.

Daha sonra evə gələn yaxınları mənzilin qazla dolduğunu, V.Məmmədovun isə artıq vəfat etdiyini görüblər.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR