Azərbaycanda dəhşətli qətl hadisəsi baş verdi

KRİMİNAL
11:02 10.01.2014
2735
Dekabrın 7-də saat 18:00 radələrində İsmayıllı rayonu İvanovka kəndində insanlığa sığmayan dəhşətli qətl hadisəsi baş verib.
İsmayıllı rayon Prokurorluğundan verilən məlumata görə, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində döyülmə əlamətləri və çox dərin bıçaq yaraları olub.
Araşdırma zamanı məlum olub ki, Aleksandr Pestriakovu arvadı Valentina Makarovanın tanışı 1972-ci il təvəllüdlü Uvarov Vasili İvanoviç işgəncə ilə öldürüb. Onlar əvvəldən qadın vasitəsilə tanış olublar. Tanışlar evdə yeyib-içiblər. Daha sonra onların aralarında mübahisə yaranıb. Mübahisə sərxoş Vasili Uvarovun Aleksandr Pestriakovun arvadı ilə mazaxlaşması səbəb olub. Buna etiraz edən Aleksandr Pestriakov Vasili Uvarovu söyüb. Bundan əsəbləşən Vasili Uvarov tanışını döyməyə başalyıb. Daha sonra Aleksandr Pestriakovun başına odun sobasının üstündəki qaynar kərpiclə vurub. Sonra tanışını soyunduran Vasili Uvarov isti kərpici onun bədəninə yapışdırıb. Kişinin bağırtılarından həzz alan Vasili Uvarov siqareti onu bədənində söndürüb. Daha sonra dəmir parçası ilə onun ayaqlarını sındırıb. Bununla da kifayətlənməyən Uvarov İvanoviç evinə qonaq gəldiyi Aleksandr Pestriakovun cinsiyyət üzvünü zədələyib.
Dəhşətlisi budur ki, Valentina Makarova bütün bu dəhşətləri görüb, ərinin bağırtılarını eşidib. Lakin Vasili Uvarova mane olmayıb. Üstəlik cinayəti ört-basdır etmək istəyib. Polisin keçirdiyi əməliyyat nəticəsində Vasili Uvarov və Valentina Makarova saxlanılıb.
Qeyd edək ki, Vasili Uvarov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başalnıb. Araşdırma aparılır. (anspress)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir