Azərbaycanda dəhşətli qətl - qadın küçədə getdiyi yerdə...

Azərbaycanda dəhşətli qətl - qadın küçədə getdiyi yerdə...
SOSİAL
10:25 24.11.2023
789
Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:34

Zaqatalada qadın qətlə yetirilib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR