Azərbaycanda dəhşətli qəza: 2 məktəbli öldü, 1 yaralı var

Azərbaycanda dəhşətli qəza: 2 məktəbli öldü, 1 yaralı var
SOSİAL
15:31 08.02.2024
589
Zaqatalada baş verən dəhşətli qəzada ölən məktəblilərin şəxsiyyəti məlum olub.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.  

2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi "Mercedes" markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

14:56

Zaqatalada 3 məktəblini maşın vurub. 
 
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb. 

Dərsdən çıxıb evə gedən 3 məktəblini maşın vurub. 

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, digər vəziyyəti ağırdır. 

Hazırda hadisə yerində araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR