Azərbaycanda dəhşətli qəza: 5 ölü, 2 yaralı

Azərbaycanda dəhşətli qəza: 5 ölü, 2 yaralı
17:57 05.02.2013
1493
Bu gün saat 16.30 radələrində Bakı-Astara yolunun Salyan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 
Baş Dövlət Yol Polis İdarəsindən ANS-ə verilən məlumata görə, hadisə Aşağı Kür kəndi ərazisində baş verib.Hadisədə “Mercedes” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində, 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Hazırda hadisə yerində araşdırma aparılır, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.Hadisə şahidlərinin verdiyi məlumata görə, maşınlardan biri Səlyan İdman Kompleksinə məxsusdur.
OXŞAR XƏBƏRLƏR