Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Rayonun Yarımca kəndindən gələnmikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Sürücü sağ qalıb. 23 nəfər yaralanıb.
Həlak olanlardan biri idman müəllimi, 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyevdir.
Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.
Dünyasını dəyişmiş iki nəfər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal bölməsinə gətirilib.
11nəfər xəsarət almış sərnişin isə Siyəzən regional diaqnostika müalicə mərkəzinəaparılıb. Mərkəzin baş həkimi Dadaş Hümbətovun ANS PRESS-ə bildirdiyinə görə, yaralanlardan iki nəfərə kəllə-beyin travması diaqnozu qoyulub.
11nəfər xəsarət almış sərnişin Xızı rayon xəstəxanasına yerləşdirilib.
Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılıb.