Azərbaycanda dəhşətli qəza:Qadın sürücü öz maşınında yanaraq öldü

SOSİAL
11:25 22.03.2019
6051
Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

09:32

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, "Mercedes" markalı yük avtomobili ilə "Ford" markalı minik avtomobilinin toqquşması nəticəsində "Ford"da yanğın baş verib. 

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR