Azərbaycanda dəhşətli yanğın – 43 yaşlı kişi diri-diri yandı

Azərbaycanda dəhşətli yanğın – 43 yaşlı kişi diri-diri yandı
SOSİAL
10:24 04.03.2019
2889
Göyçay rayonunda dəhşətli yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə birmərtəbəli üçotaqlı evdə qeyd alınıb.

Belə ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR