Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü

Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü
SOSİAL
11:08 19.03.2025
299
Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində evdə güclü yanğın olub.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində yanan ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovaya məxsus olması müəyyənləşib. 

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR