Azərbaycanda dəhşətli yol qəzası: – ölənlər var

Azərbaycanda dəhşətli yol qəzası: – ölənlər var
SOSİAL
10:34 20.06.2016
3176
Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qaraməryəm-İsmayıllı-Oğuz yolunun 104-cü kilometrliyində "VAZ 2101" markalı, 48 BA 676 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobili idarə edən 1939-cu il təvəllüdlü Həmidzadə Namiq Zahid oğlu və sərnişini, 1961-ci ildə anadan olmuş Əsgərova Bənövşə Nəriman qızı hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
/// lent.az
OXŞAR XƏBƏRLƏR